Xəzər rayonunda qəza bir nəfəri xəstəxanalıq etdi

Xəzər rayonunda iki nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.  

Bakunews.media xəbər verir ki, Almas İldırım küçəsində iki avtomobilin toqquşması nəticəsində bir nəfər - 1969-cu il təvəllüdlü Bayramov Firuz Əyyub oğlu xəsarət alıb.  

Yaralı xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin və sol almacıq sümüyünün əzilmiş yarası diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli, Elşad Mətləboğlu 

0.96458101272583