Bakıda piyadanı vuran sürücü təcili tibbi yardımı çağıraraq hadisə yerindən qaçdı

Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Bakunews.media xəbər verir ki. hadisə Şərifzadə küçəsində baş verib.

Minik avtomobilinin sürücüsü Əşrəf Şahmarovu vurub. Sürücü əraziyə təcili tibbi yardım briqadasını çağırıb. Daha sonra sürücü ərazidən yayınıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu

1.0648801326752