ALDP sədri: Bu ciddi mesajdır
“Cənubi Qafqaz:inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən konfransda Dövlət başçısi İlham Əliyev, məlum çıxışında, yeni konstitusiya islahatlarının anonsunu elan edib.
Görəsən prezidentin verdiyi anonsda hansı islahatlar gözlənilir?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a bildirdi ki, burda bir neçə məsələlər ola bilər, o cümlədə proporsional seçki sisteminin bərpası:
“ALDP 20 ildir ki, parlamentdə proporsional seçki sisteminin bərpa olunması təşəbbüsü ilə çıxış edir. 2002-ci ildə keçirilən referendum zamanı, partiya “Baş nazirin səlahiyyətlərə-hə, proporsional seçki sistemin ləğvinə-yox” adlı ölkə üzrə kampaniya aparıb. Daha sonra bununla bağlı qanun layihəsi hazırlayaraq Prezident Administrasiyasına və parlamentə təqdim etmişik. Proporsional seçki sisteminin olmaması Azərbaycanda siyasi partiyaların fəaliyyətinə ciddi təsir edir. Bu məsələ referendumda öz həllini tapmalıdır. Ölkədə referendum keçirərək, bu sistemi bərpa etmək olardı. Hesab edirəm ki, əgər konstitusiya islahatları olacaqsa, digər məsələlərlə yanaşı, proporsional seçki sisteminin bərpası məsələsi də referenduma çıxarılacaq”.
“Digər vacib məsələlərdən biri, idarəçilik sisteminin dəyişdirilməsi ola bilər. Dövlət başçısı öz çıxışında da bunu qeyd etdi ki, indiki idarəçilik sistemi yenilənməlidir. Bu istiqamətdə ilk addımlarda atılıb. Qarabağ bölgəsində xüsusi nümayəndələr yaranıb. Sonuncu qərarla, mayın 4-də Dövlət başçısı İlham Əliyev Şərqi Zəngilan rayonunda da Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb”- Fuad Əliyev qeyd etdi.
ALDP sədri hesab edir ki, böyük şəhər bələdiyyələrin yaradılması da referendumda öz əksini tapa bilər:
“ALDP olaraq 1999-cu ildən başlayaraq böyük şəhər bələdiyyələrin yaradılması, o, cümlədə mer seçkilərin keçirilməsi ilə bağlı təkliflər vermişik”.
ALDP sədri bildirdi ki, onun fikrincə, ölkəmiz növbəti böyük islahatların astanasındadır.