2019-cu ildə xaricdə valideyn himayəsindən məhrum qalmış 29 azərbaycanlı uşaq var

Bu il xaricdə valideyn himayəsindən məhrum qalan Azərbaycan vətəndaşı olan 29 uşaq qeydə alınıb.

Bakunews.media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu ilin yekunlarına dair hesabatında qeyd olunub.

Hesabat mətninə görə, Azərbaycan Respublikasının vətəndaşı olan, ölkə hüdudlarından kənarda valideyn himayəsindən məhrum qalan uşaqlar barəsində xarici dövlətlərin səlahiyyətli orqanlarından birbaşa və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsi ilə Komitəyə 01.01.2019-cu il tarixdən 25.12.2019-cu il tarixədək 29 məlumat daxil olub.   

Könül Cəfərli 

1.1487429141998