“Caliber.Az” Ermənistan MTX-nin nəfəsini kəsib: “Ermənistandakı desantımız haqqında...” - VİDEO

Ermənistan Təhlükəsizlik Xidmətinin əkskəşfiyyatçıları iki həftədir ki, Azərbaycan jurnalistlərinin Ermənistana səfəri faktını araşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Belə ki, “Caliber.Az” nümayəndələrinin bu ölkədən hazırladığı reportaj həm Ermənistan cəmiyyətində, həm də hökumətində əsl bomba partlayışı effekti yaradıb.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilib.

“Jurnalistlərimiz Ermənistanı başından ayağınadək qarış-qarış gəzərək yerli Azərbaycan əhalisinə məxsus mədəni irsin məhvinə dair sübutlar toplayıblar. Əlbəttə ki, xüsusi xidmət orqanlarının uğursuzluqları hər zaman təəssüf doğurur. Amma nə etmək olar. Belə uğursuzluqlardan ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin “Mossad” kimi strukturları da sığortalanmayıb, nəinki Ermənistan Təhlükəsizlik Xidməti”, - deyə videomaterialda qeyd olunub.

Daha ətraflı “Caliber”in yeni süjetində:

0.29153895378113