Nizami Verdiyev: Ümid edirəm ki, bu görüşə gədər yuxarıda qeyd etdiyim məsələlərdə...

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev  Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair Xeber-PS-a açıqlama verib.

Nizami Verdiyev hesab edir ki, bu formatda üçüncü müzakirələr  Cənubi Qafqazda, Azərbaycan-Ermənistan  münasibətlərinin inkişafına xidmət edir:

“Artıq görüşün nəticələri məlumdur. Sərhəd, humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, saxlanılanların azad edilməsi məsələlər müzakirə etdilər və bir neçə məsələlərin həllinə razılığa gəldilər. Yaxın günlərdə sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası baş tutacaq. Bu iclasda sərhədin delimitasiyası ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq”.

ALDP rəsmisi hesab edir ki, Sülh sazişin bağlanmasından danışmaq tezdir:

“Yuxarıda qeyd etdiyim məsələlər nə qədər tez həll olunsa, Sülh müqaviləsi də tez imzalanan. Ermənistan Sülh müqaviləsini imzalamaq istəyirsə, bütün bu məsələləri həll etməlidir. 6 aprel razışmaya görə, aprel ayının sonunda iki tərəfli komissiyanın ilk iclasın keçirilməsinə razılığa gəlmişdilər. Ermənistan tərəfi yenə də bu görüşdən imtina etdi. Brüsseldə növbəti görüş iyul-avqust aylarında nəzərdə tutulub. Ümid edirəm ki, bu görüşə gədər yuxarıda qeyd etdiyim məsələlərdə irəlləyiş olacaq”.

0.072571992874146