Üzərində Zelenskinin şəkli olan pullar satışa çıxarılıb - FOTO

Ukrayna Prezidenti Vladimir Zelenskinin təsviri olan pullar internetdə satışa çıxarılıb.

İzvestiya”nın məlumatına əsasən, 100 qrivna nominallı əsginaslar suvenir xarakteri daşıyır.

Əsginasın üz tərəfində Ukrayna bayrağı, gerbi və Zelenskinin portreti yerləşdirilib. Arxa tərəfində isə prezident Müstəqillik meydanında “Azadlıq Heykəli”nin fonunda dayanıb.

Eyni zamanda hər iki tərəfdə “xatirə əsginası” sözləri yazılıb. Pulun qiyməti 3 dollara yaxındır  (4 AZN-dən bir qədər çox). O, Çinin “Taobao.com” internet-mağazasında satılır.

 

0.29803681373596