Britaniyada sürücülərə piyadanı islatmaq baha başa gələcək

Britaniyada sürücü avtomobili gölməçədən sürərkən piyadanı islatdığı təqdirdə, yüksək məbləğdə cərimə ödəməli ola bilər.

Bu barədə “Mirror” nəşri yazır.

Qeyd edilir ki, cərimənin məbləği 5 min funt sterlinqə (11 min AZN) çata bilər.

Qanunvericiliyə əsasən, yoldan keçən piyadanı batıran sürücü 100 funt sterlinq (221 AZN) ödəməlidir, lakin sürücü kobud və aqressiv davrandığı zaman bu məbləğ artırıla bilər.

0.3476459980011