Siçovullar futbol matçında problem yaratdılar

Fransa çempionatının 19-cu turunda “Nitsa” ilə “Tuluz” arasındakı görüş qolun vurulduğunu təsdiqləyən Goal Line sistemi olmadan keçirilib.

“France Bleu Azur” məlumat verir ki, buna səbəb sistemin elektrik naqillətinin siçovullar tərəfindən sıradan çıxması olub.

Oyun 3-0 hesabı ilə Nitsanın xeyrinə bitib.

Qeyd edək ki, 19-cu turda “Nitsa” 27 xalla onuncu, “Tuluz” isə 12 xalla 20-ci yerdə qərarlaşıblar.  

0.31018304824829