Partiya rəsmisi: Paşinyan bilir ki, Rusiya istədiyi vaxt onu hakimiyyətdən devirə bilər
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Xeber-PS-a açıqlama verib.
ALDP rəsmisinin sözlərinə görə, Paşinyan Ermənistanda müxalifətin silsilə aksiyalarını bahanə edərək danışıqları dondurmaq istəyir:
“Ermənistanda müxalifətin hakimiyyəti dəyişmək gücündə olmayan silsilə aksiyalarına Paşinyan dolayısı ilə dəstək verir. Bununla da, o, danışıqlar prosesini dondurmaq istəyir. Paşinyan bilir ki, Rusiya istədiyi vaxt onu hakimiyyətdən devirə bilər. Ona görə də “nala, mıxa vurur”. Moskvada olarkən bir söz deyir, Brüsseldə olanda başqa söz deyir”.
Nizami Verdiyevin sözlərinə görə, bu tipli bəhanələr çox davam edə bilməz:
“İstər Moskva, istərsə də Brüssel razılaşmaları kağız üzərində qalıb. Üçtərəfli komissiyaların yaranmasına baxmayaraq, real addımlar atılmayıb. Belə vəziyyət çox davam edə bilməz. Ermənistan bizim üçün bir yol qoyur - Laçin dəhlizini bağlayaraq,
anti-terror əməliyyatlara başlamaq. Və yəqinki belə də olacaq, çünki, biz Qarabağın bərpasını, “Qarabağa qayıdış” proqramlarını sual altına sala bilmərik”.