İtaliya çempionatında azarkeşləri kövrəldən anlar - FOTO

İtaliya çempionatının 17-ci turu çərçivəsində “İnter” və “Cenoa” klubları arasında baş tutan matçda azarkeşləri kövrəldən anlar yaşanıb.

“İnter” klubunun 17 yaşlı hücumçusu Sebastyano Espozito peşəkar karyerasının ilk qoluna imza atıb. 11 metrlik cərimə zərbəsini dəqiqliklə yerinə yetirən Espozito topu qapıda görüncə özünə hakim ola bilməyib. O, sevincini meydanın kənarında dayanıb ona azarkeşlik edən anasını qucaqlamaqla büruzə verib. Ana-balanın sevinc gözyaşları stadiondakı hər kəsi təsirləndirib.

Oyun 4-0 hesabı ilə “İnter”in qələbəsi ilə başa çatıb.

 

0.31168699264526