Qusarda uçurumdan dərəyə düşmüş kişinin meyitini FHN çıxardı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonunun Gican kəndində, dağlıq ərazidə traktorun aşması nəticəsində dərəyə düşən sürücünün meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.  

FHN-dən Bakunews.media-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri 1967-ci il təvəllüdlü Əhmədxanov Zaliddin Sabrullah oğlunun meyitini çətinkeçilən ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

0.34440898895264