Yasamalda 30 yaşlı kişini maşınında güllələyiblər
Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.
APA xəbər verir ki, hafisə Şərifzadə küçəsində qeydə alınıb.
Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət nişanlı “VAZ 2121” (“Niva”) markalı avtomobilində tapança ilə güllələnib.
Ona ümumilikdə üç güllə vurulub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.