ALDP sədri: Azərbaycanın milli maraqları, bötüvlüyümüzlə bağlı  məsələlər varsa, həmin tədbirlərdə müxalifətin iştrakı lazımdır

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev hafta, az -a açıqlamasında bildirib ki, Şuşa Bəyannamənin bir illiyi ilə bağlı keçirilən tədbirə müxalifətin dəvət alınması çox müsbət bir haldır.

"Tədbirdə Azərbaycan və Türkiyə siyasi rəsmilərin iştirakı dövlət protokoluna uyğun keçirilib. Şuşa Bəyannaməsi belə sənəddir ki, təkcə bizim dövlət maraqlarına deyil, bu sənəd, ümumiyyətlə, türk dünyasının milli maraqlarına, regionun maraqlarını əhatə etdiyinə görə müxalifətin iştrakı təbiidir. Hesab edirəm ki, dövlətin milli maraqları harada varsa, Azərbaycanın milli maraqları, bötüvlüyümüzlə, güclənlənməsiylə bağlı  məsələlər varsa, həmin tədbirlərdə müxalifətin iştrakı lazımdır. Tədbirdə aparılan müzakirələr, çıxışçıların verdiyi mesajlar regionda sabitliyi pozmaq istəyən qüvvələrə aiddir. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bölgədə əsrlərdir erməni məsələsi adı altında öz dövlət maraqlarını reallaşdıran dövlətlərdən gedir. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti Azərbaycanın dövlət suverenliyini təhdid etmək istəsələr, o zaman, yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar". 

0.060977220535278