Britaniyalı küçədə iki qadının boğazını kəsdi

Britaniyanın cənubunda bıçaqla edilən hücum zamanı iki qadın öldürülüb, bir kişi ciddi xəsarət alıb.

“Daily Mail” xəbər verir ki, hadisə Qərbi Sasseks qraflığının Kroli Daun şəhərciyində baş verib.

Ağlını itirmiş gənc qadınların boğazlarını kəsib və yoldan keçən kişini bıçaqlayıb.

Hadisədən sonra polis küçəni nəqliyyat vasitələri və piyadalar üçün bağlayıb. Qətlləri törədən şəxs saxlanılıb.

Polisdən agentliyə verilən məlumata əsasən, əhali üçün təhlükə yoxdur. Saxlanılan şəxslə artıq istintaq qrupu işləyir. Qatilin qurbanlarını tanıması da istisna edilmir.

0.34420013427734