Bakıda 36 yaşlı kişi döyülərək ağır xəsarət alıb

Bakının Xəzər rayonunda döyülmə hadisəsi baş verib, bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində, dəniz sahilində qeydə alınıb.

1983-cü il təvəllüdlü Süleymanov Rizvan Əlövsət oğlu tanıdığı şəxs tərəfindən döyülüb. Yaralı ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

0.31851696968079