Şarapova: Böyük tennisdən getmək niyyətində deyiləm

Rusiyalı məşhur tennisçi Mariya Şarapova böyük tennisdən getmək niyyətində deyil.

“The National” xəbər verir ki, Şarapova yüksək səviyyədə çıxışını davam etdirmək üçün kifayət qədər motivasiyaya sahib olduğunu açıqlayıb.

“Mən, həqiqətən də, məşğul olduğum işə vurulmuşam. Bunu mən kortda olarkən görmək olar. Çıxışımdan zövq alıram. Bəli, mənim tennisdən sonra böyük hədəf və ideyalarım var. Lakin daxilimdə motivasiya və atəş olduqca idmanda qalacağam”, - Şarapova bildirib.

0.38468599319458