Məhşur markanın filialı dini dəyərləri təhqir etdiyi üçün bağlandı - FOTO

Türkiyənin məhşur ayaqqabı markası “FLO”nun flialı dini dəyərləri təhqir etməsi səbəbi ilə bağlanıb.

“Cumhuriyet”in xəbərinə görə, mağazanın İraqın Ərbil şəhərində “Mega Mall” ticarət mərkəzində yerləşən filialında satılan qadın ayaqqabısının altında xaç işarəsi olub.

Bunun xristian dininə qarşı təhqir olduğunu deyən İnsan Haqları üzrə direktor Ziya Petros şəhər valiliyinə xəbər verib.

Onun müraciəti əsasında mağazanın filialı bağlanıb.

“İllərdir xristianlarla müsəlmanlar problemsiz şəraitdə yaşayırlar. Sosial asayişi hədəf alan bu hərəkətin qarşısını almaq lazımdır. Bu hərəkət hansı dinə qarşı olsa, biz yenə də İnsan Haqlarını müdafiə edən bir qurum kimi, buna qarşı çıxacağıq”, - deyən Z. Petros bildirib ki, mağazanın digər şöbələrinə də baş çəkiləcək və eyni ayaqqabıdan onlarda da olub-olmadığı müəyyənləşdiriləcək.

Qeyd edək ki, dünyanın bir neçə ölkəsində 600-dən çox mağaza açan “FLO” ayaqqabı şəbəkəsinin Azərbaycanda da filialları var.

0.29560995101929