Nizami Verdiyev: Deputatların şəhid ailələrə, qazilərə, təqaüdçilərə, aztəminatlı ailələrə verilən məbləğdən xəbərləri var?

“Vətən müharibəsində iştrak edən qazilərə 50 manat pul əlavə etmirlər, müharibə veteranlarına 80 manat verirlər, deputatların isə maaşlarını 1000 manat artırırlar”.

Bunu Xəbər-PS-a açıqlamasında Milli Məclisin deputatlarının maaşlarının artması ilə bağlı məsələyə münasibət bildirəb Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.

“Ölkədə işsizlik baş alıb gedir. Qiymətlər hər gün qalxır. Deputatların şəhid ailələrə, qazilərə, təqaüdçilərə, aztəminatlı ailələrə verilən məbləğdən xəbərləri var? Müəllimlərə və həkimlərə verilən maaşlarından xəbərləri var? Birinci növbədə onların təqaüd və maaşları qaldırılmalıdır. 10-15 manat yox. Necə ki özünüzə 1000 manat qaldırırsız, eləcə də onların təqaüd və maaşlarına 1000 manat əlavə olumalıdır”. 

Nizami Verdiyev deputatların əksəriyyətinin biznesləri olduğunu qeyd edib:

“Deputatların əksəriyyəti bizneslə məşqul olurar. Ölkəyə xaricdən nəsə gətirmək istəyəndə, deyilər ki, bu filan deputatın manapoliyasındadır. Tikinti, dərman, ərzaq biznesləriylə məşğuldurlar. Azərbaycanda biznesi olmayanların, xaricdə bisnesləri var. Bizneslə məşğul olmaq istəyirsizsə, gedin bizneslə məşqul olun, daha parlamentdə nə işiniz var?  Sizin fikriniz, marağınız öz şəxsi işinizdə, biznesdədir. Belə olanda siz xalqa nə fayda verə bilərsiz?”

“Deputatların sözlərinə görə aldığı maaşını seçicilərə xərcləndiyini qeyd edilər. Seçicilərin toy, yas məclislərində iştrak etdiyinə görə aldığı deputat maaşı az edir. Bu nə gülməli bir arqumentdir. Belə çıxır ki, bundan sonra alacağınız 2700, 3800 manat yenə də kifayət etmiyəcək. Heç 10000 manat da çatmıyacaq. Bəs sizin ailəniz necə dolanır, hörmətli cənabi deputat?! Sizi ona görə seçiblər ki, seçicilərin problemlərini həll etmək üçün müvafiq instansiyalarda məsələləri qaldırasız, daha, yas, toy məclislərinə getmək üçün seçməyiblər. Kasıbın yası da düşür, toy məclisləri də olur. Aldıqları 200-300 manat maaşla Allaha dua edərək yola verilər. Bəlkə siz də belə yaşayışa  öyrəşəsiz?”- Nizami Verdiyev qeyd etdi.

 

Qeyd edək ki, "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" qanuna dəyişiklik edilir. Dəyişikliklər Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

0.093873977661133