ALDP lideri Silahlı Qüvvələr Günü münasibəti ilə əsgər və zabitləri təbrik etdi

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Mətbuat Xidmətinin verdiyi məlumatına görə, partiyanın sədri Fuad Əliyevin Silahlı Qüvvələr Günü münasibəti ilə əsgər və zabitləri təbrik etdi. Təbrikdə deyilir:

26 iyunu Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü kimi qeyd edirik. Azərbaycan Xalq Cümhuriyyəti dönəmidə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə 25 minlik Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf yerləri erməni-bolşevik işğalından xilas etdi.

Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları var idi. Tarixi varislik ənənəsinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

 

Biz fəxr edirik ki, bizim Mübariz İbrahimov, Albert Aqarunov kimi Şəhid olan minlərlə Milli qəhramanlarımız var. Biz, Qarabağın azadlığı uğrunda gedən düyüşlərində fədakarlıq göstərən əsgər və zabitlərimizlə fəxr edirik!


Erməni-faşistləri və onların havadarları bilməlidirlər ki, nə 5 il, nə 15 il, nə 100 il, nə də 300 ildən sonra  Qarabağ Azərbaycandan ayrılmayacaq.

Qarabağ Azərbaycandır!

Mən əsgər və zabitlərimizi Ordu günü münasibətilə təbrik edirəm.

Tanrı sizi və Vətənimizi qorusun!

0.095978975296021