Şagirdi məktəbin qarşısında döyüb bıçaqladılar - VİDEO

Türkiyədə həmyaşıdları şagirdi döyüb, bıçaqlayıblar.

Haber3.com-un xəbərinə görə, Bakırköy Yahya Kemal Beyatlı Anadolu Liseyinin  şagirdi Berhan T. məktəbin qarşısında bilinməyən səbəblərdən B.Ç. və dostları tərəfindən döyülüb.

B.T. 400 metr ona hücum edənlərdən uzaqlaşsa da, yeniyetmələr yenə onu döyüb, B.Ç. isə bıçaqlayıb.

Hadisəyə şahid olan digər şagirdlər təcili yardım çağırıb, polisə xəbər veriblər.

Məlum olub ki, hadisəni törədənlər başqa bir şagirdə də eyni qaydada hücum edərək döyüblər.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

0.85430002212524