Suriyadan ABŞ-a ittiham: Neftayırma müəssisələrimizə hücum edib

Amerikalılar pilotsuz uçuş aparatları vasitəsilə Xümsdəki neftayırma müəssisələrinə hücum ediblər.

“Rambler.ru” xəbər verir ki, bu sözləri Suriyanın Xarici İşlər naziri Vəlid əl Mualim deyib.

Onun sözlərinə görə, hücum 4 gün əvvəl həyata keçirilib.

“ABŞ ət-Tanfdakı qanunsuz hərbi bazasından istifadə edərək öz pilotsuz uçuş aparatlarını Xümsə göndərib və neftayırma infrastrukturuna aviazərbələr endirib”, - XİN rəhbəri bildirib.

1.1698770523071