Partiya lideri Bakı şəhər mer vəzifəsinə iddialıdır

Hakimiyyət islahatlara başlayan gündən  Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçiriləcəyi barədə məlumatlar vaxtaşırı gündəmə gəlir. Referenduma çıxarılacaq məsələlər çoxdur. Xüsusilə Vətən müharibəsindən sonra ərazi-inzibati quruluşun dəyişdirilməsi kimi məsələ fə referenduma çıxarılacaq məsələlərə əlavə olundu.

Bununla bağlı Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a açıqlama verib.

Onun sözlərinə görə islahatların axıra gədər aparılması hakimiyyətin iradəsindən asılıdır:

“İslahatlar sürətlə başlasa da sonrakı mərhələdə dayandı. Bir çox məsələlərə aydınlıq qətirilməlidir. Misal üçün, icra hakimiyyəti sistemində olan zidiyyət - Nazirlər Kabineti ilə vitse-prezidentlik institutu arasındakı ziddiyyətin aradan qaldırılması məsələsi. Mən hesab edirəm ki, Nazirlər Kabineti ləğv olunmalıdır və onların səlahiyyətləri vitse-prezidentlik institutuna verilməlidir. İkinci bir məsələ. Şəhər və rayon icra hakimiyyət strukturları ləğv olunmalıdır. Biz təklif vermişik ki, yeddi, ərazi-inzibati nümayəndəliyi olmalıdır. İcra strukturların səlahiyyətləri tam olaraq bələdiyyələrə keçməlidir”.

Mətbuatda gedən məlumata görə, hökumətin sentyabrda referendumla bağlı Milli Məclisdə müzakirələrə başlayacağına münasibət bildirən Fuad Əliyev bunu dedi:

“Parlamentin payız sesiyasında müzakirəyə çıxarılacaq məsələlər bağlı məndə məlumat yoxdur. Onu bilirəm ki, referendum məsələsi hələ ki, qeyri rəsmi söz-söhbət səviyyəsindədir. Amma bu hakimiyyətdən nə desən çıxar. Ola bilsin ki, payız sesiysında bir neçə məsələ müzakirəyə çıxarılsın, o cümlədən, proporsional seçki sistemin bərpası, deputatların sayı və yuxarıda qeyd etdiyim məsələlər. Milli Məclis müzakirələrdən sonra referenduma getmək haqda qərar versin”.

Proporsional seçki sistemini ölkənin siyasi sistemi üçün çox önəmli sayan ALDP sədri müxalif nümayəndələrin vaxtaşırı bu məsələni gündəmdə saxladıqlarını qeyd edib:

“Təəssüf ki, 2002-ci ildə müxalifət bu məsələdə bizə dəstək vermədi. Amma sonraki illərdə proporsional seçki sistemin bərpası ilə bağlı, biz də daxil olmaqla, müxalifət partiyalar bu məsələni daima gündəmdə saxladı. Hesab edirəm ki, referenduma çıxarılacaq məsələlərdən biri də proporsional seçki sisteminin bərpası olmalıdır. Əhalinin sayı on milyondan çoxdı. Ona görə hesab edirəm ki, deputatların sayı da artırılmalıdır. Bütün yuxarıda qeyd edən məsələlər həyata keçsə, bu islahatların davamı kimi qiymətləndirmək olar”.

Bakı şəhər mer seçkisinin keçirilməsi və bu vəzifəyə iddialı olan Fuad Əliyev, böyük şəhərlərin mer seçkilərin keçirilməsini vacib olduğunu və bununla bağlı təkliflərin göndərdiyini geyd edib.

0.44816994667053