“Böyrəyini başqasına ver”: ABŞ-da zəncirvari donor əməliyyatı keçirildi

ABŞ-da zəncirvari donor əməliyyatı keçirilərək dörd nəfərin həyatı xilas edilib.

“Newsweek” xəbər verir ki, Əli Şeppel adlı qadın böyrəyini qurban verərək “transplantasiya zənciri” kimi tanınan əməliyyata start verib.

Qadın böyrəyini keşişinə vermək istəyib lakin onun orqanı kişiyə uyğun gəlməyib. Onda Şeppel böyrəyini tanımadığı adama verib.

“Xeyirhaq donorluq konkret insanlara bağlı deyil. Lakin bu müəyyən zəncirin yaranmasına imkan verir”, - bunu əməliyyatı keçirən cərrah Şon Kumer bildirib.

Şeppelin də qatıldığı zəncirdə bir tərəfdən dörd donor digər tərəfdən dörd xəstə iştirak edib. Nəticədə qadının keşişi lazımi böyrəyi əldə edə bilib.

0.36641502380371