Qadın polisin belini dişlədi

Rusiyanın Saxalin vilayətində qadın polisin belini dişləyib.

Regnum.ru-nun məlumatına görə, Solovyovka kəndində sərxoş qadın polisin belini dişləyib.

Belə ki, polis onun sərxoş halda idarə etdiyi avtomobili saxlayaraq sənədlərini istəyib.

27 yaşlı sürücü buna cavab olaraq hiddətlə sənədlərini yelləyib.

Polis onu qandallayacağı ilə hədələyəndə qadın onun belini dişləyib.

Hüquq-mühafizə orqanının əməkdaşına xəsarət yetirdiyinə görə ona 200 min rubl (5460 AZN) cərimədən beş ilə qədər həbs cəzası verilə bilər.

0.29746603965759