Qobustanda fəhlə dəm qazından boğulub öldü

Qobustanda fəhlə dəm qazından boğularaq ölüb.

Bakunews.media xəbər verir ki, hadisə rayonun M.Ə.Sabir küçəsi ev 2 ünvanında qeydə alınıb.

Rayon sakini, 1973-cü il təvəllüdlü Bədirov Xaliq Xeyrulla oğlu yaşadığı evin hamam otağında çimərkən dəm qazından boğulub.

Qeyd edək ki, X.Bədirov Qobustan rayon Kommunal Müəssisələr Kombinatında fəhlə kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Dursun Tağıyeva

0.35288190841675