Fuad Əliyev: Əgər bu baş versə,  Ermənistan daha ağır zərbə alacaq və daha çox itkilər verəcək

“Son günlər Ermənistan rəhbərliyinin bir daha Qarabağ, ATƏT-in Minsk Qrupu və Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları gərginliyin növbəti dalğasına çevrildi.

Ermənistan rəsmilərinin son bəyanatları İrəvanın Azərbaycan ərazilərinə hələ də iddialı olduğunu nümayiş etdirir. Qərbin ATƏT-in Minsk Qrupu kimi dağılmış qurumu bərpa etmə cəhdləri açıq-aşkar görsənir. Bununla Qərb Ermənistana ümid verərək Moskvadan uzaqlaşdırmaq istəyir”.

Bu fikirləri Azərbaycan Liberal demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a açıqlamasında bildirib.

ALDP sədrinin fikrincə, Qərb ölkələri Ermənistan-Azərbaycan sərhədində Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətindədirlər:

“Qərbin məqsədi aydındır. Qərbin Minsk qrupunun fəaliyyətini bərpası kimi fikirlər 9 noyabr 2020-ci ildə əldə olunan Bəyannaməyə xətçəkməkdir. Bununla da, dolayısı ilə, Rusiyanı Qafqazda hərbi konfliktə cəlb etmək fikirləri var. Əgər bu baş versə,  Ermənistan daha ağır zərbə alacaq və daha çox itkilər verəcək. Bu isə Qərbi narahat etmir. Necə ki, Ukraynanın verdiyi itkilər Qərbi narahat etmir”.

Fuad Əliyevin fikirincə, əgər Qərb bu addımı atsa, yenə də ciddi səhvlərə yol verəcək:

”Ermənistan rəhbərliyi Ukraynaya baxıb dərs çıxartmalıdır. Bir neçə ölkənin Ukraynaya dəstək verməyinə baxmayaraq, ciddi insan və ərazi itkilər verir. Birincisi, bizim müharibədən qalib çıxan güclü ordumuz və bu məsələdə doğru siyasət aparan dövlət başçısı İlham Əliyev var. İkincisi, bizim yanımızda qardaş Türkiyə var. Üçüncü, Rusiya və Türkiyənin Qafqaz regionda maraqları üst-üstə düşən bir çox məsələlər və Şuşa Bəyannaməsi var. Bu ciddi amiləri Ermənisan və onu qızışdıran Qərb dairələri yaddan çıxartmamalıdırlar. Ona görə Ermənistan qonşularla sülh şərayitində yaşamaq istəyirsə, tezliklə 9 noyabr Bəyannaməsinin bütün bəndləri həyata keçirməlidir. Əks halda ordumuz yenədə öz sözünü deyəcək”.

0.11822390556335