BDU-dan şüar asılmasına RƏSMİ MÜNASİBƏT

Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin 2 saylı korpusun binasında “Pulsuz təhsil” şüarı əks olunan şəkil paylaşılıb.

Bakunews.media-ın məlumatına görə, 2 saylı korpusun 6-cı mərtəbənin pəncərəsindən endirilən afişa Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi tərəfindən hazırlanıb.

Həmin şüarı hazırlayan tələbələr hazırda dərslərini davam etdirir.

Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova saytımıza açıqlamasında bildirib ki, hazırda məsələ barədə araşdırma aparılır:

“Tam araşdırılandan sonra ətraflı məlumat veriləcək”.

İlhamə Əbülfət

0.17224192619324