Partiya lideri: Bəzi məmurlar qazi və onların ailə üzvlərinin problemlərinə biganəlik göstərirlər

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a əhalinin, xüsusilə əlillərin, qazilərin sosial problemlərinin həll olunmaması ilı bağlı açıqlama verib:

"Qələbəmizdən sonra qazilər və şəhid ailələri xoşagəlməz problemlərlə üzləşdilər. Bəziləri həll olunsa da, problemlər tam aradan qaldırılmayıb. Yüzlərlə qazi mənə ünvanladığı şikayatlərdə qeyd edir ki, əlillik qrupu almaq üçün onları get-gələ salırlar. Əlilliyi sübut etmək üçün saatlarla növbədə dururlar. Ayağı, qolunu itirənlər, dünya işığına həsrət qalanlarl  hər il komissiyadan keçirirlər ki, aldığı əlillik qruplarını təsdiq etsinlər. Bu dövlət təşkilatların məmurları fikirləşirlər ki, bir ilə əlilin ayağı, qolu yerinə gələcək, gözləri açılacaq.  Bu məmurların bir istəyi var. Hər il əlillik qrupu təsdiq edəndə pul qoparsınlar".

Fuad Əliyevin sözlərinə görə bəzi məmurlar qazi və onların ailə üzvlərinin problemlərinə biganəlik göstərirlər:

"Qazi Elvin Cəfərov Sabirabad rayon İH-nin etinasızlığına etiraz edərək özünü yandırıb və dünyasını dəyişib. Sabirabad İcra başçısı onun yasında iştrak edib və bildirib ki, qazi Elvin Cəfərov görüş üçün müraciət edəndə onunla görüşüb, qaldırdığı problemləri həll edib. Necə çıxır ki, sən problemləri həll edirsən, qazi  isə intihar edir? Deməli, sən problemi həll etməmisən və Elvin Cəfərov özünə qəsd edib. Problemi həll olunan insan niyə canına qəsd etməlidir?”.

ALDP sədri Fuad Əliyevin sözlərinə görə intihara təhrik edənlərə cinayət işi açılmalıdır:  

"Prezident İlham Əliyev məmurları bu vəzifəyə təyin edəndə, bildirib ki, əhalinin problemlər həll olunsun. Məmurlar isə öz istədiklərini edilər, ayrılan vəsaitləri öz şəxsi yaşayışları yaxşılaşdırmaq üçün xərcləyilər".

Fuad Əliyev hesab edir ki, intihar çıxış yolu deyil və bununla bağlı, şəhid ailələrə, qazilərə müraciət edib:

“Qazi Elvin Cəfərovun etirazını çəkən adamlar, yanında duranlar onu bu fikrindən yayındırmalıydılar. Təəssüf ki, bunu etmədilər. Ümumiyyətlə, hesab edirəm ki, intihar çıxış yolu deyil. Heç bir problemi belə həll etmir. Mən mürüciət edirəm şəhid ailələrinə, qazilərə. Əl-ələ verək bu məmurlarla birgə mübarizə aparaq. Kimin nə problemi varsa, mənimlə əlaqə saxlasın. Partiyanın hüquqşünasları problemlərlə tanış olandan sonra, müvafiq orqanlara sorğular göndərəcəklər. Biz bu məsələləri gündəmdə saxlayaraq həll etməyə çalışacağıq”.

0.21632599830627