Azərbaycanda zəlzələ oldu

Hacıqabulda zəlzələ olub.

Bakunews.media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. 

Məlumata görə, yerli vaxtla saat 17:00-da Əli Bayramlı stansiyasından 35 km şimal-qərbdə Hacıqabul ərazisində 3.5 maqnitudalı zəlzələ qeydə alınıb.

Yeraltı təkanların dərinliyi 5 km olub. Zəlzələ hiss olunmayıb. 

Könül Cəfərli 

0.43357014656067