ALDP sədri: Belə vəziyyət çox davam etməyəcək

“Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən son müşavirədə bir sıra maraqlı məqamlara diqqət edildi”.

Bu sözləri Baku News-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.

“Prezident Ermənistan silahlı dəstələrinin hələ də torpaqlarımızdan çıxarılmamasını qeyd edib. Daha sonra, İlham Əliyev bildirib ki, son vaxtlar Ermənistan rəhbəri yenə də hansısa status haqqında danışmağa başlayıb. Hesab edirəm ki, belə vəziyyət çox davam etməyəcək. Azərbaycan ordusu dəmir yumruğunu işə salmaq məcburiyyətində qalacaq” - ALDP sədri qeyd edib.

Daha sonra Fuad Əliyev Azərbaycan və Ermənistan XİN başçıların Tiflisdə keçirilən görüşünü  şərh edib:

“Tiflisdə keçirilən Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının görüşü nəticəsiz oldu. Görüş zamanı Ermənistan Azərbaycanla sərhəddə atəşkəsi pozmuşdu. Zəngəzur dəhlizinin işə düşməməsi onu göstərir ki, Ermənistan tərəfi bu məsələlərdə  ikilistandartlardan çıxış edir. Ermənistan istər Moskva, istərsə Brüssel görüşlərdə qəbul olunan Bəyannamələrdə qoyduğu imzasına hörmət etmir. Bu da erməni rəhbərlərinin məkrli xislətindən irəli qəlir. Həmişə özlərini “ağıllı” hesab ediblər, qarşılarındakıları aldatmaq çalışıblar. 28 il ərzində bütün dünyanı aldadırdılar. Buna Azərbaycan ordusu son qoydu. İndi də Vətən müharibəsindən sonra danışıqların tərəfdarı olduğunu göstərirlər, amma əslində vaxt uzadılar. Özlərinə tərəfdaş axtarılar. Hesab edirəm ki, bu boşa gedəcək. Artıq kimin kim olduğunu hamı gördü”.

0.057571172714233