Kaşıkçının nişanlısı: Səni heç vaxt unutmayacağımız kimi...

2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbulda yerləşən Baş Konsulluğunda qətlə yetirilən jurnalist Camal Kaşıkçının nişanlısı Xədicə Cengiz məhkəmənin çıxardığı qərarın qəbuledilməz olduğunu bildirib.

Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanı məhkəməsi cinayətlə bağlı beş nəfərə edam hökmü verib, üç nəfəri isə 24 il müddətinə azadlıqdan məhrum edib.

“Səudiyyənin elanı (hökmü nəzərdə tutur) qəbuledilməzdir! Səni heç vaxt unutmayacağımız kimi, sənin qatillərini və bu qətli gizlətməyə çalışanları da unutmayacağıq”, - “Twitter” hesabında Xədicə Cengiz yazıb.

0.89206504821777