Dekabr istiliyi: Gürcüstan-Ermənistan sərhədində meşələr yanır

Ermənistanın Lori vilayyətində, Gürcüstan-Ermənistan sərhədi yaxınlığında baş verən meşə yanğınlarının söndürülməsində 170-dən artıq yanğınsöndürən iştirak edir. Gürcüstanın müxtəlif regionlarında da meşə yanğınları başlayıb.
 
“Sputnik-georgia.ru” xəbər verir ki, dekabr ayı üçün görünməmiş istilik yanğınlara səbəb olub. 
 
Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Vəziyyətlər üzrə İdarəsindən bildiriblər ki, gün ərzində 10 aktiv yanğın mərkəzi qeydə alınıb. Alovun yaşayış məntəqələrinə yayılması təhlükəsi yoxdur.
 
Lakin Ormosi (Şida Kartli regionu) kəndi ətrafındakı Ateni dərəsini əhatə edən yanğın daha iri miqyaslıdır. Burada 40 yanğınsöndürən alovu söndürməyə çalışır.
 
Növbəti gün onların sayının 200 çatdırılacağı bildirilir. 
0.38104891777039