İran ABŞ qoşunlarının çıxarılmasında Suriyaya kömək etməyə hazırdır

İran hökuməti, Suriya tərəfi belə bir müraciət edərsə, ölkədə qanunsuz yerləşdirilmiş ABŞ qoşunlarının çıxarılmasında kömək etməyə hazırdır.

Bunu “RT Arabic” telekanalına müsahibəsində İranin Ali dini liderinin köməkçisi Əli Əkbər Vilayəti bəyan edib.

Onun sözlərinə görə, ABŞ Suriya neftini oğurlayır və prezident Donald Tramp Suriya xalqının iradəsinə qarşı çıxaraq beynəlxalq oğurluqla məşğuldur.

“Ümid edirik ki, yaxın zamanlarda amerikalıların Suriyanın bəzi regionlarına qanunsuz nəzarəti başa çatacaq, suriyalılar isə bu nəzarətə cavab verərək buna son qoyacaqlar”, - deyə Vilayəti bildirib.

0.87328410148621