Dronlar vasitəsi ilə həyata keçiriləcək terror təhlükəsi artmaqdadır - Rusiya generalı

Pilotsuz uçan aparatların terrorçular tərəfindən tətbiqi dünyanın istənilən ölkəsində mümkündür.

Bunu “Krasnaya zvezda” qəzetinə müsahibəsində Rusiyanın Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleksandr Leonob bildirib.  

Onun sözlərinə görə, qanunsuz silahlı birləşmələr PUA-ları mükəmməlləşdirmək üzərində işlər aparırlar. Bunula bağlı yaxın vaxtda dronlar vasitəsi keçirilə biləcək terror aktlarının təhlükəsi artmaqdadır – “tək Suriyada yox, istənilən ölkənin ərazisində”.  

General bildirib ki, dronlarla effektiv mübarizə aparmaq üçün onların axtarma və məhv etmə üsullarını mükəmməlləşdirmək gərəkdir.

0.57187795639038