Meşəni ayaqyoluna çevirən hindistanlı şirin qəzəbinə tuş gəldi

Hindistanın Hucarat ştatının sakini səhər tualet əvəzinə evinin yanındakı meşəyə gedib və burada şirin hücumuna məruz qalıb.

“The Hindu” xəbər verir ki, 55 yaşlı Kadubhai Bhilad aldığı yaralardan ölüb.

Onun meyiti müayinə üçün xəstəxanaya göndərilib.

Mərhumun evinin yanındakı meşə Asiya şirlərinin vəhşi təbiətdə yaşadıqları yeganə yerdir. 2015-ci ilə olan məlumatlara əsasən burada 523 şir yaşayıb.

0.91859602928162