Tramp Melaniyaya Milad hədiyyəsi almadığını etiraf edib
ABŞ Prezidenti Donlad Tramp bildirib ki, xanımı Melaniyaya Milad hədiyyəsi almayıb.
“The Hill” məlumat verir ki, hərbçilərin Milad hədiyyəsi barədə suallarını cavablandıran D.Tramp ABŞ-ın birinci xanımına nə hədiyyə alacağını düşündüyünü bildirib.
Tramp əlavə edib ki, həyat yoldaşı üçün təbrik açıqçası və çoxlu sevgi hədiyyəsi var.