Həkimin qapısına yazdığı yazı başına iş açdı - FOTO

Türkiyədə Çərkəzköy Dövlət Xəstəxanasının həkimi Koray Kırbıyık klinikanın qapısına “Avadanlıq, kadr çatışmazlığı və qüsurlu cərrahi alətlər səbəbindən əməliyyatlarım ləğv edilib” yazısı yazıb.

Haber3.com-un məlumatına görə, LOR cərrahının bu yazısını görənlər şəklini çəkərək sosial şəbəkələrdə yayıblar.

Bundan sonra Tekirdağ rayon Səhiyyə İdarəsi hadisə ilə bağlı araşdırmaya başlayıb.

Məlum olub ki, o, cari ildə 23 dekabr tarixinə qədər ümumilikdə 506 cərrahi əməliyyat keçirib.

Hadisə ilə əlaqədar K.Kırbıyık inzibati məsuliyyətə cəlb olunub.

1.1740989685059