“Mİ-8” helikopteri təcili eniş etdi: Yaralılar var

Rusiyanın Krasnoyarsk vilayətində “Mİ-8” helikopteri təcili eniş edib.

Tvk6.ru-nun xəbərinə görə, göyərtəsində 29 nəfər olan helikopter Evelinski rayonunun Baykit kəndinə enib.

Krasnoyarsk vilayətinin Səhiyyə İdarəsindən verilən xəbərə görə, hadisə nəticəsində altı nəfər yaralanıb.

Xəsarət alan iki nəfər əməliyyata götürülüb, dörd nəfər isə həkim nəzarətindədir.

İlkin məlumatlara görə, helikopterin quyruq hissəsi zədələnib.

Hadisənin səbəbləri araşdırılır.

0.33371186256409