Fuad Əliyevə nə təklif olunub?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova Baku News-un suallarını cavablandırıb.

- ALDP sədri Fuad Əliyevin son müsahibəsində "iqtidarın əgər kadr problemi varsa, onda müxalifət nümayəndələrinə bir şans verilsin, onları vəzifələrə gətirsin” fikri birmənalı qarşılanmadı. Bu qısqancılıqdanmı irəli gəlir, yoxsa....?

- Başqa nədən ola bilər ki? Əvvəla, bizə vəzifə təklifi olunmayıb. Sadəcə, Fuad müəllim hakimiyyətin kadr potensialın tükənməsilə bağlı bir təklif verib ki, əgər kadr problemi varsa, onda müxalifət nümayəndələrinə bir şans verin, onları vəzifələrə gətirin. Bu sözlərə niyə başqa reaksiya verirlər? Fuad müəllim tekcə liberal-demokratlara vəzifə verin deməyib. O, ümumilikdə bütün müxalifəti nəzərdə tutub. Hesab edirəm ki, bu çox düzgün təklifdir və burda başqa bir məna axtarmaq lazım deyil.

-Dinarə xanım, niyə ALDP-yı bəzi müxalifət partiyalar tərəfindən belə münasibət var?

- Yəqin ki, biz 20 il müstəqil siyasət aparmışıq, ayaq üstə dayana bilmişik. ALDP bütün partiyalarla yaxşı münasibət qurub. İndi kimlərsə bizimlə bir yerdə olmaq istəmirlərsə, buna hörmətlə yanaşırıq, bu onların seçimidir. Amma heç kim özünü müxalifat-naziri kimi hesab etməsin. 

- Hakimiyyət tərəfindən müxalifətə və konkret ALDP-yə vəzifə təklif olunsa, bunu qəbul edərsiniz?

- Müxalifətə belə təklif olunarsa mənim fikrimcə, təklifi qəbul etmək olar. ALDP-yə hansısa təkliflər olunsa, biz bu təklifləri dəyərləndirərik. Biz özümüzə arxayınıq. Biz hətta Bakı şəhərində Mer seçkiləri keçirilsə belə, qalib olacağımıza əminik. ALDP yetərincə kadr potensialına malikdir. Bütün sahələr üzrə peşəkarlarımız var. Hüquqi, demokratik dövlət quruculuğu ptosesində ancaq hakim partiyanın potensialından, gücündən istifadə etmək düzgün seçim olmaz. İqtidarın müxalifəti də var. Müxalifət düşərgəsində də savadlı, peşəkar kadrlar var. Onların gücündən də istifadə etmək lazımdır. Müxalifət nümayəndələri də bu ölkənin vətəndaşlarıdırlar.

0.090698957443237