Rusiyada şagird müəlliməsini çəkiclə döydü: pis qiymət aldığına görə

Yekaterinburq şəhərinin №24 məktəbin şagirdi müəlliməsinə çəkiclə hücum edib.

“E1.RU” xəbər verir ki, hadisə dekabrın 25-də səhər radələrində baş verib.

15 yaşlı yeniyetmə rus dili və ədəbiyyat müəllimi Matiya Zabolotnayaya evinin qabağında hücuç edib, sonra isə məktəbə gedib.

Təcili tibbi yardım maşını zərərçəkəni xəstəxanaya çatdırıb. Orada qadına kəllə-beyin travması və çoxsaylı zədələr diaqnozu qoyulub.  

İlkin məlumata əsasən, şagird müəlliməyə pis qiymətlərə görə hücum edib. Zabolotnaya həmçinin yeniyetməni imtahanlara buraxmayacağı ilə hədələyib.

Şagird polis tərəfindən saxlanılıb və müayinə üçün yerli psixiki xəstəxanaya göndərilib.

0.30115509033203