Çernobılda qəzadan sonra ilk dəfə Yeni il yolkası quruldu – FOTO

Ukraynanın Pripyat şəhərində Çernobıl atom elektrik stansiyasında (AES) qəzadan sonra ilk dəfə Yeni il yolkası quraşdırılıb.

ZİK xəbər verir ki, bayram ağacı şəhərin mərkəzində “Energetik” mədəniyyət sarayının qarşısında qurulub.

Şəhərin keçmiş sakinləri ağacı bayram oyuncaqları və özlərinin uşaqlıq şəkilləri ilə bəzəyiblər.

Pripyat şəhəri Çernobıl AES-dan 3 kilometr aralıqda yerləşir. Qəzadan əvvəl burada 47,5 min insan yaşayıb. Radiyasiyanın yüksək səviyyədə olmasından əhali şəhəri tərk edib.

0.29861903190613