Qasırğa Filippin adalarını viran etdi: bir nəfər öldü - VİDEO

“Fanfon” qasırğası Filippin adalarında dağıntılar törədib.

“Euronews” xəbər verir ki, küləyin sürəti saatda 195 kilometrə çatıb.

Təbii fəlakət əksəriyyəti katolik olan Filippin əhalisinin bayramını korlayıb. Son məlumatlara görə, bir nəfər elektrik cərəyanından ölüb.

Evləri dağıldığına görə 10 mindən çox insan bayram gecəsini içtimai binalarda keçirməyə məcbur olub. Aviaşirkətlər bir çox reysi təxirə salıb, gəmilərin dənizə çıxması qadağan edilib.

0.3696391582489