XİN İspaniya Krallığının Azərbaycanda olan səfirini dəvət edib xəbərdağlıq etməlidir-Bəyanat

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Bəyanat qəbul edib.

Bəyanatda deyilir:

Məlum olduğu kimi, bir qrup ispaniyalı həkimin Xankəndinə qeyri-qanuni səfər planlaşdırılıb. Belə ki, ispaniyalı həkimlər sentyabrın 19-dan 23-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə xeyriyyə kampaniyası keçirəcəklər.

ALDP hesab edir ki, bu Azərbaycan qanunlarına zidd addımdır və bunun qarşısı alınmalıdır.

ALDP hesab edir ki, Azərbaycan Respublikasının ərazisində xeyriyyə və digər humanitar tədbirlər yalnız dövlətimizin icazəsi ilə keçirilməlidir.

ALDP hesab edir ki, Azərbaycan respublikasının Xarici İşlər Nazirliyi bununla bağlı İspaniya Krallığının Azərbaycanda olan səfirini dəvət edib xəbərdağlıq etməlidir.

ALDP ümid edir ki, İspaniya tərəfi də, Azərbaycan-İspaniya münasibətlərinə hələl gətirən bu addımından çəkinəcək.

0.057582855224609