Ona “gey” deyən tanışlarını öldürdü

Rusiyanın Saratov vilayətinin Kalininski şəhərində ər-arvad 36 yaşlı qohumunu sevgilisi ilə qonaq çağırıb.

Sarnovosti.ru-nun xəbərinə görə, onlar içki içdikdən sonra ev yiyəsi qonağı təhqir edərək ona “gey” deyib, nəticədə, qonaq onu divara çırparaq xəsarət yetirib.

Daha sonra o, evdə yaşayan 45 yaşlı digər şəxsi də döyərək öldürüb.

Təcili tibbi yardım əməkdaşları gəldiyi evdə bir meyit və ölümcül döyülmüş yaralı görüblər.

Yaralı həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib əməliyyat olunsa da, beynindən aldığı xəsarət səbəbindən 25 gün sonra vəfat edib.

Hazırda hər iki işlə bağlı istintaq yekunlaşıb və cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

0.31758999824524