ALDP sədri: Siyasi partiyaların fəaliyətinin tənzimlənməsi üçün qanunda dəyişikliyə ehtiyac var

Xəbər verildiyi kimi Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün parlament sədrinə müraciət ediblər. Həmin müraciətə parlamentdə olmayan siyasi partiyalar da qoşulmaqla siyahıda 29 siyasi təşkilat yer alıb. Digər siyasi partiyaların bu prosesə hansı səbəblə qoşulmadığı bir başqa mövzu olaraq açıq qalsa da, hələlik ümumən siyasilərin bu Qanunda hansı dəyişikliyə ehtiyac duyduğunu müzakirəyə çıxartıq...

Bu istiqamətdə Versus.az-a açıqlama verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, Azərbaycanda və dünyada sosial- siyasi dəyişikliklərin inkişafı fonunda “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməsi mühüm məsələdir.

ALDP sədri uzun müddətdir qanunda dəyişikliyin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış etdiklərini bildirib.

O, bildirib ki, kimlərsə partiya yaradıb Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirsə, onun aktiv fəaliyyət göstərməsi üçün imkanlar yaradılmalıdır. Onun fikrincə, heç bir fəaliyyəti olmayan partiyalara da gərək yoxdur.

“Hesablamışıq ki, bu gün qeydiyyatda olan 58-59 partiyanın 18-19-u pis yaxşı üzdə olanlardır. Seçkilərdə iştirak edir, ölkədə cərəyan edən məsələlərə öz münasibətini bildirirlər. Qalanları iştirak etmir, heç özlərinin də maraqları yoxdur. Yaxud da həmin adamlar partiya adı ilə özlərinə biznes qururlar. Ona görə də siyasi partiyaların fəaliyətinin tənzimlənməsi üçün qanunda dəyişikliyə ehtiyac var”.

Fuad Əliyev hesab edir ki, uzun müddət partiya sisteminə bu cür neqativ yanaşmaların olması istər -istəməz cəmiyyətdə siyasi partiyalara olan inamı azaldıb. Ona görə də siyasi partiyalara hörmət qaytarılmalıdır.

“Hər bir partiya öz fəaliyyəti ilə dövlətimizə, xalqımıza xeyir gətirməlidir. 2018-ci ildən başlayaraq hakimiyyətdə baş verən dəyişikliklər, Prezident Admnistrasiyasında siyasi partiyalara fərqli münasibətin göstərilməsi siyasi partiyalar institunda yeni müstəvini yaratsa da, bu qanunla tənzimlənməli və icra olunmalıdır. Biz hesab edirik ki, qeydiyyata alınan hər bir partiyanın fəaliyyəti görünməlidir. Biz təklif edirdik ki, partiyaların sayı azaldılsın. Eyni zamanda bizim qeydiyyatla bağlı təklifimiz olub. İndiki qanuna görə partiyanın qeydiyyata alınmasına görə 1000 imza lazmdır. Biz təklif etmişik ki, 10 min imza olsun. Parlamentdə olan partiyalar dövlətdən maliyyələşir. Biz proporsional seçki təklif etməlkə yanaşı, qeyd etmişik ki, bütün seçkilərdə iştirak edib parlamentə düşməyən partiyalar da dövlətdən maliyyələşsin. Parlamentdə üzvlərin sayınn artırılması təklifini vermişik”. 

0.10936999320984