Partiya rəsmisi: Neft və neft məhsullarının Qərb bazarlarına çatdırılması hər iki dövlətin əməkdaşlıq sahəsidir
“Qazaxıstan Azərbaycan-Ermənistan sərhədlərinin pozulmaması prinsiplərinə hörmət və riayət edilməsini dəstəkləyir”
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Baku News-a açıqlamasında bildirib.
O, həmçinin Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin strateji xarakter daşıdığını deyib:
“Azərbaycan və Qazaxıstan qütblü dünya sistemini dəstəklədiyi kimi, BTM və ATƏT kimi təşkilatların rolunun artırılmasını istəyir. Azərabaycan və Qazaxıstan imzalanan dostluq və strateji tərəfdaşlıq haqqında bəyannaməyə əsasən, hər iki ölkənin suverenlik, ərazi bütövlüyü və sərhədlərin pozulmaması prinsiplərinə hörmət və riayət edilməsini dəstəkləyir”.
Nizami Verdiyev iki ölkəni Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi olduğunu bildirib:
“ALDP sədri Fuad Əliyev 2008-ci ildə iştrak etdiyi prezident seçkilərində “Xəzəryanı dövlətlərin” birlik modelini təklif etmişdir. 2009-2010-cu illərdə artıq bu birliyin yaranmasına start verildi. Azərbaycan, Qazaxıstan və Rusiya ilə birgə üçtərəfli sazişlər imzalayaraq Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün birgə mövqedən çıxış etmişdi. Daha sonra, 12 avqust 2018-ci ildə beş sahilyanı dövlət arasında imzalanan “Xəzər Sazişi” buna əsaslı töhfə verib”.
ALDP rəsmisi əlavə edib ki, neft və neft məhsullarının Qərb bazarlarına çatdırılması hər iki dövlətin əməkdaşlıq sahəsidir:
“Enerji sahəsində də Azərbaycan və Qazaxıstanla uğurlu əməkdaşlığı var. Qazaxıstan BTC kəmərini dəstəklədi. BTC müqaviləsinə qoşulandan sonra Qazaxıstan nefti də, bu kəmər vasitəsilə ixrac olunmağa başladı”.