ALDP Bəyanat qəbul edib

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Bəyanat qəbul edib. Bəyanatda deyilir:

Azərbaycan əsgəri Laçın şəhərində Azərbaycan dövlət bayrağını qaldırması ilə bir daha sübüt etdi ki, 09 noyabr 2020-ci ildə imzalanan üç tərəfli Bəyannamənin  bütün bəndlər həyata keçəcək. Azərbaycan torpaqların işğaldan azad olunmasını, həmişə danışıqlar yolu ilə tərəfdar idi. Ermənilər isə 30 il ərzində məsələnin həllini uzadırdılar. Azərbaycan Ordusu əks-hücuma keçərək buna son qoydu. Bu dəfə Azərbaycan hərbi-diplomatik yolla torpaqlarımızı işğaldan azad etdi.

Şəhidlərin qanı torpaqda qalmadı.

Allah şəhidləri rəhmət eləsin!

Allah qazilərə şəfa versin!

Yaşasın Azərbaycan əsgəri!

Xoş gördük Laçın!

Qarabağ Azərbaycandır!

0.056138038635254