İstanbulda gəminin sahilə çırpılma anı – VİDEO

Liberiya bayrağı ilə hərəkət edən “Songa Iridium” yük gəmisi Bosfor boğazında sahilə çırpılıb.

Bu barədə “NTV” xəbər yayımlayıb.

Bildirilir ki, gəmi Ukraynanın Odessa şəhərindən Türkiyənin İstanbul şəhərinə üzürmüş. Qəza İstanbulun Rumeli-Hısarı rayonunda baş verib.

İlkin məlumatlara görə, qəza nəticəsində qurbanlar və zərərçəkənlər yoxdur.

Qəzanın səbəbləri araşdırılır.

“Reuters”in məlumatına görə, boğaz müvəqqəti olaraq gəmilərin keçidi üçün bağlanıb.

0.32487797737122