Partiya lideri: Artıq seçim Ermənistanındır

“Bir ay əvvəl də ermənilər Qarabağda təxribat törətdi və ordumuz onlara layiqli cavabını veri. Bunun nəticəsində bir neçə yüksəklik Azərbaycanın nəzarətinə keçdi”.

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.

ALDP sədri hesab edir ki, Ermənistan təxribatlarla üçüncü qüvvəni münaqişəyə cəlb etmək istəyir:

“Ermənistan artıq KTMT-yə, Rusiyaya müraciət edib. Onlar cəhd edirlər ki, sülh sazişi bağlanmasın. Düşünürəm ki, artıq təhlükəsizlik bölgəsi yaradılmalıdır. Bunun başqa həll variantı yoxdur. Ermənistan hələ də başa düşmür ki, bu məsələ bitib. Azərbaycan onlara slüh əlini uzadıb. Amma digər əlimiz “Dəmir yumruq” olaraq qalır. Artıq seçim Ermənistanındır. Onlar ya sülh , ya da “Dəmir yumruq” variantını seçməlidir. İkinci versiya Ermənistana heç bir halda sərf etməyəcək. Çünki Azərbaycan kifayət qədər güclüdür”.

0.14607405662537